“Bloomberg”: Meloni növbədənkənar seçkilərin artıq aprel ayında keçirilməsi imkanını nəzərdən keçirir

2026/05/1779291870.jpg
Oxunub: 192     20:32     23 İyun 2026    
İtaliyanın Baş naziri Corcia Meloni ölkədə növbəti ümummilli seçkilərin 2027-ci ilin sonunda nəzərdə tutulan qanuni müddətdən bir neçə ay əvvəl, artıq aprel ayında keçirilməsi imkanını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Anonim qalmaq şərti ilə danışan mənbələrin sözlərinə görə, Meloni seçkilərin təxirə salınacağı təqdirdə öz reytinqinin aşağı düşə biləcəyindən narahatdır.

Bundan əlavə, agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, o hesab edir ki, səsvermənin səlahiyyət müddətinin sonuna yaxın keçirilməsi növbəti hökumətə ilin sonunadək təsdiqlənməli olan yeni büdcənin hazırlanması üçün kifayət qədər vaxt verməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İtaliya  


Bizi "telegram"da izləyin