Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi Danimarka hökumətinə istinadən məlumat yayıb.
Danimarkanın müdafiə naziri Yeppe Bruus jurnalistlərə bildirib ki, ölkənin töhfəsinə tərcüməçilər qrupu, pilotsuz uçuş aparatı kəşfiyyat vasitələri, qərargah zabitləri və kibertəhlükəsizlik üzrə mütəxəssislərin cəlb edilməsi imkanı daxil olacaq.
Parlamentə təqdim edilmiş və həftənin sonunadək qəbul ediləcəyi gözlənilən qanun layihəsində qeyd olunur ki, missiyanın məqsədi Hörmüz boğazında və Qırmızı dəniz bölgəsində dəniz təhlükəsizliyini gücləndirmək və sərbəst gəmiçiliyi təmin etməkdir.
“Kpler” dəniz monitorinq şirkətinin məlumatına görə, bazar ertəsi boğazdan xammal daşıyan ən azı 37 gəmi keçib. Bu göstərici Yaxın Şərqdə münaqişənin başlanmasından etibarən qeydə alınan rekord nəticə hesab olunur.
Fransa və Böyük Britaniya bir sıra digər ölkələrlə birlikdə strateji dəniz marşrutunun təhlükəsizliyinin təmin olunması və minalardan təmizlənməsi üçün beynəlxalq missiya təklif ediblər.
Sevinc Əliyeva
Ordu.az