Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müvafiq fərman dərc olunub. Qaqloyev daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin təklifini qəbul etdiyini açıqlamışdı.
Onun sözlərinə görə, bu qərar 2026-cı il iyunun 22-də Putinlə keçirdiyi görüşdən sonra qəbul olunub. Görüş zamanı ona Rusiya Prezidentinin müşaviri vəzifəsi təklif edilib.
Qaqloyev bildirib ki, yeni vəzifəsində əsas fəaliyyət istiqamətlərindən biri Rusiya ilə qondarma “Cənubi Osetiya” arasında müttəfiq əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilənin həyata keçirilməsinə dəstək vermək olacaq.
O qeyd edib ki, Rusiya Prezident Administrasiyasında fəaliyyətə 2026-cı il iyunun 23-dən başlayıb.
Bu səbəbdən qondarma “Cənubi Osetiya rəhbəri”nin səlahiyyətlərini müvəqqəti olaraq “hökumətin sədri” Marat Kambolov icra edəcək.
61 yaşlı Kambolov Şimali Osetiya əsillidir və Rusiya federal qurumlarında uzunmüddətli iş təcrübəsinə malikdir. O, müxtəlif illərdə Rusiya Təhsil və Elm Nazirliyində, Millətlər və Federal Münasibətlər Nazirliyində rəhbər vəzifələr tutub, 2021-2025-ci illərdə isə “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinə rəhbərlik edib.
Xatırladaq ki, Vladimir Putin və Alan Qaqloyev 2026-cı il mayın 9-da Rusiya ilə qondarma “Cənubi Osetiya” arasında müttəfiq əməkdaşlığın dərinləşdirilməsi haqqında saziş imzalayıblar.
Sənəd iki “ölkə” vətəndaşlarının dövlət və bələdiyyə vəzifələrinə təyin olunarkən yaşayış senzinin ləğvini, beynəlxalq və müdafiə siyasətinin əlaqələndirilməsini, sosial-iqtisadi əməkdaşlığın genişləndirilməsini, infrastrukturun inkişafını və birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az