İran raket proqramının ABŞ ilə danışıqların mövzusu olmadığını bəyan edib

2026/06/1780328230.jpg
Oxunub: 196     13:28     23 İyun 2026    
İran rəsmiləri ölkənin raket proqramının Tehran və Vaşinqton arasında aparılan danışıqların gündəliyinə daxil edilmədiyini açıqlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

Diplomat bildirib ki, İranın müdafiə və raket potensialı heç vaxt ABŞ ilə aparılan danışıqların tərkib hissəsi olmayıb və gələcəkdə də bu məsələ hər hansı tərəflə müzakirə edilməyəcək.

“İranın müdafiə və raket imkanları məsələsi qəti şəkildə danışıqlarımızın bir hissəsi olmayıb və heç vaxt heç bir tərəflə müzakirə mövzusuna çevrilməyəcək”, - deyə Bəqayi brifinq zamanı bildirib.

İran rəsmisi vurğulayıb ki, ölkənin müdafiə qabiliyyəti milli təhlükəsizlik məsələsidir və bu sahə üzrə qərarlar yalnız Tehranın səlahiyyətindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin