Lavrov Zelenskini “fürer” adlandırıb

2026/06/1780599407.jpg
Oxunub: 210     13:25     23 İyun 2026    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenski barədə sərt ifadələr işlədib.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında keçirilən səfirlərin 12-ci “dəyirmi masa” toplantısında çıxış edən Lavrov Zelenskini “fürer” adlandırıb.

“Fürer elə fürer olaraq qalır. Onu həvəskar teatrdan gətirib bu rol üçün təyin etdilər, amma gördüyünüz kimi, həmin obraz yoluxucu oldu”, - deyə Lavrov bildirib.

Rusiya xarici işlər nazirinin bu açıqlaması Ukrayna ilə davam edən müharibə fonunda Moskvanın Kiyevə qarşı sərt ritorikasının növbəti nümunəsi kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Zelenski  


Bizi "telegram"da izləyin