Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
ABŞ lideri Avropa ölkələrinin İranla mümkün müharibədə Vaşinqtona dəstək verməkdən imtina etməsinə münasibət bildirərkən NATO-ya çəkilən xərcləri tənqid edib.
“Biz bütün bu pulları xərclədik, yəqin ki, 600 milyard dollar. Düşünürəm ki, biz hər il NATO üçün 600 milyard dollar xərcləmişik. Təsəvvür edin, NATO üçün xərclədiyimiz pullar sadəcə dəli xərcləmədir, amma onlar bizə kömək etmədilər”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ hətta kiçik məsələlərdə belə müttəfiqlərindən dəstək almırsa, başqalarına yardım göstərməkdən imtina etmək hüququna malikdir.
Tramp hesab edir ki, Vaşinqtonun müttəfiqləri ABŞ-nin daşıdığı maliyyə yükünə uyğun səviyyədə öhdəlik götürmürlər.
Sevinc Əliyeva
Ordu.az