Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Primakov oxuları” konfransında çıxışı zamanı danışıb.
Uşakov bildirib ki, Ermənistanın siyasi və xarici iqtisadi istiqamətdə müşahidə olunan tərəddüdləri “qaydalara əsaslanan nizam” tərəfdarlarının Rusiyanın iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmağa çalışdığını göstərir.
Onun sözlərinə görə, Qərb əsrlər boyu yanaşı yaşamış və bir-birinə yardım etmiş xalqların tarixini və coğrafiyasını yenidən yazmağın mümkün olduğu barədə yanlış təsəvvür yaratmağa çalışır.
Rusiya rəsmisi vurğulayıb ki, Ukrayna böhranı bu cür siyasətin hansı faciəli nəticələrə səbəb ola biləcəyini açıq şəkildə nümayiş etdirir.
Alpər Mövludoğlu
Ordu.az