Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb

2026/06/1782151899.jpg
Oxunub: 180     13:01     23 İyun 2026    
Filippinin Takloban şəhərində yerləşən San-Xose məktəbində baş verən atışmada yaralananların sayı 20 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Filippin mediası məlumat yayıb.

Zərərçəkənlərin əksəriyyəti məktəblilərdir. 20 zərərçəkəndən 15-i odlu silahdan açılan atəş nəticəsində yaralanıb, onlardan biri başından güllə yarası alıb və xəstəxanadadır. Qalanları isə yaranmış basırıq zamanı və xilas olmaq üçün pəncərələrdən tullanarkən xəsarət alıblar.

Ötən gün 14 və 15 yaşlı iki şagirdin tapançalardan atəş açması nəticəsində üç nəfər həlak olub. Atəş açanlar saxlanılıb, onlardan biri hücumdan sonra məktəbdə həbs edilib, digəri isə qaçaraq qonşu sakinin evində gizlənib. Daha sonra polis onu tapıb. Onlar yeddinci sinifdən bəri təhqirlərə məruz qaldıqlarını etiraf ediblər.

Bundan başqa, atışmada istifadə olunan silahın sahibi olan polisin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Atışma  


Bizi "telegram"da izləyin