Boçorişvili: “Avropalı siyasətçilər cəmiyyəti daha da parçalamağa çalışırlar”

2026/06/1781888442.jpg
Oxunub: 201     20:58     19 İyun 2026    
Gürcüstanın vitse-baş naziri və xarici işlər naziri Maka Boçorişvili bildirib ki, avropalı siyasətçilərin viza liberallaşdırılmasının seçmə qaydada dayandırılması ilə bağlı açıqlamaları siyasi alət kimi istifadə olunur və cəmiyyətin parçalanmasına xidmət edir.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Nazirin sözlərinə görə, bu cür bəyanatlar Gürcüstanın maraqlarına və gürcü cəmiyyətinə qarşı yönəlib.

Maka Boçorişvili qeyd edib ki, avropalı siyasətçilər bir tərəfdən Gürcüstan cəmiyyətindəki qütbləşmədən narahat olduqlarını ifadə edir, digər tərəfdən isə mövcud siyasi imkanlardan istifadə edərək cəmiyyəti daha da bölməyə, insanları bir-birinə qarşı qoymağa çalışırlar.

Nazir vurğulayıb ki, belə açıqlamalar yalnız Gürcüstan cəmiyyətinin və dövlət maraqlarının əleyhinə yönəlib. Onun fikrincə, bu yanaşma nə Avropanın, nə də Gürcüstanın maraqlarına cavab verir.

Boçorişvili əlavə edib ki, cəmiyyətin süni şəkildə parçalanmasına yönəlmiş addımlar ölkənin inkişafına və tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərə bilməz.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boçorişvili   Gürcüstan  


Bizi "telegram"da izləyin