Kobaxidze: “Tacikistanın baş naziri ilə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdik”

2026/06/1781888927.jpg
Oxunub: 189     21:07     19 İyun 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tacikistanın Baş naziri Kohir Rasulzoda ilə keçirdiyi görüşün nəticələrini açıqlayıb.

Ordu.az xəbər verir ki, hökumət başçısı bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Kobaxidzenin sözlərinə görə, görüş zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

“Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzoda ilə görüşdüm və müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdik. Gürcüstan ilə Tacikistan Respublikası arasında münasibətlərin daha da dərinləşdirilməsi ideyasına sadiqliyimizi bir daha təsdiqlədik”, - deyə İrakli Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi qarşılıqlı maraqlara cavab verir və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün əlverişli imkanlar yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Tacikistan  


Bizi "telegram"da izləyin