Ordu.az xəbər verir ki, Obama bu barədə “NBC News”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ milyardlarla dollar vəsait xərcləyib, silahlı qüvvələr isə ciddi yüklənməyə məruz qalıb.
“Biz müharibə apardıq, milyardlarla və milyardlarla dollar xərclədik, silahlı qüvvələrimizə böyük yük düşdü. Çox sayda insan həyatını itirdi. İndi isə mənə elə gəlir ki, müharibə başlamazdan əvvəl olduğumuz nöqtəyə qayıtmışıq, hətta bəlkə də bir qədər daha pis vəziyyətdəyik”, - deyə Obama bildirib.
Sabiq prezident ABŞ ilə İran arasında əldə olunmuş qarşılıqlı anlaşma memorandumu barədə də danışıb.
Obama qeyd edib ki, atəşkəs razılaşmasının mövcudluğunu müsbət qiymətləndirir və onun qüvvədə qalacağına ümid edir.
O həmçinin xatırladıb ki, prezidentliyi dövründə İran əldə olunmuş razılaşma çərçivəsində nüvə silahı yaratmamaq öhdəliyini qəbul etmişdi.
“Bu administrasiya və ya bu administrasiyanın əvvəlki versiyası həmin prosesi tərk etdi ki, bu da İranı nüvə imkanlarını artırmağa sövq etdi”, - deyə Obama vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az