Ukrayna Müdafiə Təmas Qrupu Kiyevə 4 milyard dollarlıq yeni hərbi yardım ayırıb

2026/06/1781874742.jpg
Oxunub: 206     17:08     19 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun iclasından sonra müttəfiq ölkələrin Ukrayna üçün ümumilikdə 4 milyard dollar həcmində yeni hərbi yardım paketi ayırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Fransada keçirilən G7 sammiti, Ukrayna Müdafiə Təmas Qrupunun toplantısı və Avropa İttifaqı liderlərinin zirvə görüşü çərçivəsində apardığı danışıqların nəticələrini qiymətləndirib.

Prezident qeyd edib ki, Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) proqramına dəstək davam edir və doqquz ölkə bu mexanizmə təxminən 1 milyard dollar vəsait ayıracağını açıqlayıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın müdafiə ehtiyaclarının təmin edilməsi üçün yaradılan bu mexanizm beynəlxalq dəstəyin koordinasiyasında mühüm rol oynayır.

O həmçinin vurğulayıb ki, Kanada və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib, Avropa İttifaqı isə Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin hazırlanmasını davam etdirir.

Zelenski Brüsseldə keçirilən Ukrayna Müdafiə Təmas Qrupu toplantısının konkret nəticələr verdiyini bildirib.

“Ümumilikdə, Təmas Qrupunun iclasının nəticələrinə əsasən müttəfiqlər ölkəmiz üçün 4 milyard dollarlıq yeni yardım paketi elan ediblər”, - deyə Ukrayna lideri qeyd edib.

Onun sözlərinə görə, hər yeni yardım paketi Rusiyanın hücumlarının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

“Biz evə müdafiəmiz üçün yeni imkanlarla qayıdırıq”, - deyə Zelenski əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kiyev   Zelenski  


Bizi "telegram"da izləyin