Ordu.az xəbər verir ki, müvafiq saziş Parisdə keçirilən “Eurosatory” beynəlxalq sərgisi çərçivəsində Ukraynanın “Fire Point” şirkəti ilə imzalanıb.
Ukrayna şirkətinin məlumatına görə, Almaniya istehsalçısının layihəyə qoşulması FREYA proqramını yekun mərhələyə daha da yaxınlaşdırır.
“Fire Point” şirkətinin baş konstruktoru Denis Ştilerman bildirib ki, HENSOLDT şirkətinin TRML-4D radarı hədəflərin aşkarlanması funksiyasını yerinə yetirəcək.
“Bu çox yaxşı radardır. İndi isə onu raketimiz və komanda-idarəetmə mərkəzimizlə inteqrasiya etməyə başlayacağıq. Məqsəd raketi ballistik raketi məhv edə biləcəyi zonaya yönləndirməkdir”, - deyə o qeyd edib.
FREYA sistemi Fire Point tərəfindən hazırlanan Ukrayna istehsalı FP-7.X önləyici raketi əsasında yaradılır. Son sınaqlarda raket yüksək manevr qabiliyyəti nümayiş etdirib və 25 kilometr hündürlüyə qalxa bilib.
Kompleksə Ukrayna raketi və HENSOLDT radarından başqa bir sıra Avropa istehsalı komponentlər də daxil ediləcək. Hədəf işıqlandırma və yönləndirmə radarları rolunu “Weibel” GFTR-2100/48 və ya “Leonardo KRONOS Land” sistemləri yerinə yetirəcək. Komanda məntəqəsi isə Norveçin “Kongsberg Fire Distribution Center” sistemi əsasında qurulacaq.
Bütün komponentlər arasında məlumat mübadiləsi STANAG 5516 standartına uyğun “Link 16” kanalı vasitəsilə həyata keçiriləcək. Bu həll FREYA sisteminin Ukraynanın mövcud hava hücumundan müdafiə sistemlərinə inteqrasiyasını təmin edəcək.
HENSOLDT-un TRML-4D radarı 250 kilometrədək məsafədə 1500-dən çox hədəfi eyni vaxtda izləyə bilir.
Sevinc Əliyeva
Ordu.az