“Ermənistan hakimiyyəti yeni seçkilərə hazırlaşmır” - Paşinyan

2026/06/1781669937.jpg
Oxunub: 281     13:46     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə rəhbərliyinin növbədənkənar seçkilərə hazırlaşdığı barədə iddiaları təkzib edib.

Ordu.az xəbər verir ki, iyunun 18-də keçirilən brifinq zamanı jurnalistlər Paşinyandan seçki senzinin dəyişdirilməsi və seçki rüşvətinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihələrinin növbədənkənar seçkilərə hazırlıq əlaməti olub-olmadığını soruşublar.

Ermənistanın baş naziri cavabında deyib: “Əlbəttə ki, hazırlaşmırıq”.

Paşinyanın sözlərinə görə, əsas məsələ seçkilərdən əvvəl cəmiyyətin həmin sahələrdəki vəziyyətlə bağlı açıq narazılıq ifadə etməsi olub.

O qeyd edib ki, prinsip etibarilə seçkilərdən əvvəl qanunvericilik dəyişikliklərinin edilməsinin əleyhinə olub və bu istiqamətdə addımların seçkilərdən sonra atılacağını vəd edib.

“Bu işlər mümkün qədər tez həyata keçirilir ki, insanlarda niyə heç nə edilmədiyi ilə bağlı suallar yaranmasın”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin