Tramp Putin və Zelenski ilə “əla söhbət” etdiyini açıqlayıb

2026/06/1780723671.jpg
Oxunub: 197     21:22     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə çox yaxşı söhbət apardığını bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Moskva və Kiyev Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə açıq ola bilər.

“Görürəm ki, bəlkə də hansısa nəticə əldə edə bilərik. Məncə, onların hər ikisi buna açıqdır”, - deyə Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, danışıqlar müsbət atmosferdə keçib və gələcək diplomatik nizamlanma üçün imkan yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin   Zelenski  


Bizi "telegram"da izləyin