Ermənistan xarici işlər naziri isveçli həmkarı ilə görüş keçirib

2026/06/1781547807.jpg
Oxunub: 203     22:24     15 İyun 2026    
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İsveç Krallığının xarici işlər naziri Mariya Malmer Stenerqard ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan və İsveç arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.

“Görüş zamanı həm ikitərəfli gündəlikdə duran məsələlər, həm də Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Müzakirələr zamanı İsveçin Ermənistanda həyata keçirilən demokratik islahatlara və iqtisadi dayanıqlığın gücləndirilməsinə verdiyi dəstək məsələlərinə də toxunulub. Həmsöhbətlər regional proseslər ətrafında da fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İsveç  


Bizi "telegram"da izləyin