Hörmüz boğazının minalardan təmizlənməsi təxminən 50 gün çəkə bilər

2026/05/1779768577.jpg
Oxunub: 179     21:14     15 İyun 2026    
Hörmüz boğazının təhlükəsiz gəmiçiliyin bərpasına imkan verəcək səviyyədə minalardan təmizlənməsi 40-50 gün davam edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Qərb şirkətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yalnız əməliyyat başa çatdıqdan sonra sığorta şirkətləri, gəmiçilik operatorları və neft konsernləri regionu gəmilərin hərəkəti üçün kifayət qədər təhlükəsiz hesab edə biləcəklər.

Bildirilir ki, minaaxtaran gəmilər və sualtı pilotsuz uçuş aparatlarının istifadəsi ilə həyata keçiriləcək əməliyyat dünya bazarına on milyonlarla barel neft tədarükünün gecikməsinə səbəb ola bilər.

Daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan atəşkəslə bağlı razılığın əldə olunduğunu təsdiqləmişdi. Razılaşmanın 2026-cı il iyunun 19-u Cenevrədə imzalanacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ   İran  


Bizi "telegram"da izləyin