LUFTWAFFE alayı və Ukrayna Təhlükəsizlik Xidməti “Starlink” siqnallarını qarışdıran sistemi məhv edib - VİDEO

2026/06/Ekran-1781547403.jpg
Oxunub: 282     22:15     15 İyun 2026    
Ukrayna Silahlı Qüvvələrinin 17-ci Ordu Korpusunun 422-ci LUFTWAFFE İnsansız Sistemlər Alayı Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzi ilə birlikdə Ukraynanın cənubunda radioelektron mübarizə sistemini məhv edib.

Ordu.az xəbər verir ki, əməliyyatın görüntüləri alayın komandiri Mikola Kolesnik tərəfindən “Facebook” sosial şəbəkəsində paylaşılıb.

Məhv edilən sistem “Starlink” peyk rabitəsini pozmaq üçün istifadə olunurdu.

Kadrlarda radioelektron mübarizə kompleksinə aid altı nəqliyyat vasitəsi görünür. Kəşfiyyat Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə aşkarlanan və koordinatları dəqiqləşdirilən sistem daha sonra kamikadze tipli PUA ilə vurulub.

Zərbə nəticəsində nəqliyyat vasitələrinin ən azı bir neçəsi məhv edilib, qalanlarının isə ciddi zədələndiyi ehtimal olunur.

Qeyd edək ki, may ayının sonlarında 422-ci alayın kamikadze tipli PUA-sı Berdyansk limanında sursat daşıyan Rusiya yük gəmisini vurmuşdu. Məlumata görə, zərbə gəminin ehtimal olunan boşaltma işləri apardığı 3 nömrəli körpüdə endirilmişdi.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: LUFTWAFFE   Ukrayna   Starlink  


Bizi "telegram"da izləyin