Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi məlumat verib.
"Cümə günü İsveçrədə hər iki tərəfin nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilməsi və İranla ABŞ arasında anlaşma memorandumu imzalanması gözlənilir. Bundan sonra ilk raund danışıqları keçiriləcək", - deyə o əlavə edib.
Nazirin sözlərinə görə, memorandumun imzalanması İranın iqtisadi vəziyyətinə müsbət təsir göstərə bilər, lakin Əraqçinin qeyd etdiyi kimi, Tehran "bu cür iqtisadi müqavilələrdən tamamilə asılı olmamalı və onlara güvənməməlidir".
Ordu.az