Ordu.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Bu, ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanacağı barədə açıqlamadan sonra Netanyahunun ilk ictimai bəyanatı olacaq.
KİV-lərin məlumatına görə, Netanyahu və bir sıra İsrail rəsmiləri əldə edilmiş razılaşmalardan narazılıq ifadə edirlər. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın ünvanına açıq ictimai tənqidin səsləndirilməsi gözlənilmir.
Məlumata əsasən, İsraildə razılaşmanın həyata keçirilməsinə təsir göstərə biləcək növbəti addımların nəzərdən keçirilməsi mümkündür.
Sevinc Əliyeva
Ordu.az