“G7 Hörmüz boğazından yan keçən enerji marşrutlarının yaradılmasını müzakirə edəcək” - Makron

2026/06/1781536698.jpg
Oxunub: 203     19:19     15 İyun 2026    
İyunun 15-də Evian-le-Ben şəhərində açılan “Böyük Yeddilik” (G7) sammitinin iştirakçıları Hörmüz boğazından yan keçən neft və qaz tədarükü infrastrukturunun yaradılmasını müzakirə edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron TF1 telekanalına müsahibəsində bildirib.

Makron vurğulayıb ki, G7 ölkələri əvvəllər dünya üzrə neft və qaz tədarükünün təxminən dörddə birinin keçdiyi bu marşrutdan asılılığı azaltmaq niyyətindədirlər.

Onun sözlərinə görə, müxtəlif alternativ layihələr nəzərdən keçirilir.

Bunlara Yaxın Şərq və Şimali Afrika ölkələri üzərindən yeni enerji marşrutlarının yaradılması, həmçinin regionda qaz nəqli infrastrukturlarının inkişaf etdirilməsi daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   G7   Hörmüz  


Bizi "telegram"da izləyin