Ordu.az xəbər verir ki, bunu İranın XİN başçısı Abbas Əraqçinin parlamentin İqtisadiyyat Komissiyası və İqtisadi Diplomatiya Komitəsinin üzvləri ilə iclasın yekunlarına dair bəyanatında qeyd edib.
"Xarici işlər naziri bu birgə görüşdə diplomatik aparatın iqtisadi diplomatiya sahəsindəki tədbirlərini və proqramlarını izah edərək, ölkənin iqtisadi hədəflərinin həyata keçirilməsi və beynəlxalq iqtisadi əlaqələrin inkişafı məqsədilə XİN-in parlamentlə yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb", - Əraqçinin "Telegram" kanalında yaydığı məlumatda bildirilib.
Görüşdə iqtisadi diplomatiya, ticarət əməkdaşlıqlarının və xarici investisiyaların inkişafı, qeyri-neft ixracatının genişləndirilməsi yolları və milli iqtisadiyyatı dəstəkləmək üçün əyalət diplomatiyası və iqtisadi diplomatiya potensialından istifadə ilə bağlı ən mühüm məsələlər müzakirə edilib.
Ordu.az