Hindistan "Tomahawk"ın analoqu olan raketi sınaqdan keçirib

2026/06/1781544789.jpg
Oxunub: 202     21:27     15 İyun 2026    
Hindistanda quru hədəfləri vurmaq üçün nəzərdə tutulmuş yüksəkdəqiqlikli LRLACM uzaqmənzilli qanadlı raketin sınaqları keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

"Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı şərqdəki Odişa ştatında yerləşən Çandipur raket poliqonunda LRLACM-nin uğurlu sınaqlarını keçirib. Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib ki, bu da onun səmərəliliyinin dəqiq monitorinqini təmin edib", - bəyanatda deyilir.

Qeyd olunur ki, LRLACM aşağı hündürlükdə səsdən aşağı sürətlə uçuş həyata keçirir və Amerikanın "Tomahawk" raketinin analoqudur. Raket quru və hərbi dəniz qüvvələrinin təchizatı üçün nəzərdə tutulub. Maksimum 1 500 km uçuş məsafəli raket 300 kq çəkisi olan nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tomahawk   LRLACM  


Bizi "telegram"da izləyin