Merts Almaniyanın Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinə hazır olduğunu bildirib

2026/06/1780516445.jpg
Oxunub: 204     21:17     15 İyun 2026    
Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, Berlin müəyyən şərtlər daxilində tərəfdaşları ilə birlikdə Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinə töhfə verməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə o, G7 sammitində iştirak etmək üçün Fransaya yola düşməzdən əvvəl danışıb.

Merts ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaları alqışlayaraq onları “diplomatik sıçrayış” adlandırıb, həmçinin Donald Trampı və danışıqların tərəflərini təbrik edib.

Onun sözlərinə görə, razılaşma regionda vəziyyətin sabitləşməsinə və qlobal iqtisadiyyatın bərpasına töhfə verə bilər. Kansler vurğulayıb ki, Hörmüz boğazı heç bir məhdudiyyət olmadan azad və uzunmüddətli naviqasiya üçün açıq qalmalıdır, əldə edilmiş razılaşmalar isə Livanı da əhatə etməlidir.

Eyni zamanda Merts qeyd edib ki, Almaniyanın naviqasiya azadlığının təmin edilməsində iştirakı yalnız müvafiq şərtlər mövcud olduqda mümkün olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Almaniya  


Bizi "telegram"da izləyin