TRITON insansız dəniz platforması Parisdə nümayiş olunub

2026/06/Ekran-1781545934.jpg
Oxunub: 230     21:48     15 İyun 2026    
Müxtəlif silah sistemlərini daşımaq imkanına malik Ukraynanın TRITON insansız dəniz platforması Parisdə təqdim edilib.

Ordu.az xəbər verir ki, platforma “Eurosatory 2026” sərgisində Ukraynanın “Global Mark” şirkəti tərəfindən nümayiş etdirilib.

Platformanın əsas avadanlığı pilotsuz uçuş aparatlarının və ya “hava-hava” raketlərinin uzaqdan buraxılması sistemindən ibarətdir.

TRITON 500 patronlu döyüş dəsti və optik modul ilə təchiz edilən uzaqdan idarə olunan avtomatik döyüş qülləsi ilə təchiz oluna bilir.

Platformada həmçinin göstərilmiş koordinatlar əsasında avtomatik geri qayıtma funksiyasına malik tapşırıq idarəetmə sistemi mövcuddur.

“Kamikadze” konfiqurasiyasında TRITON 7,5 kq döyüş başlığı ilə təchiz edilir. Özünü məhv etmək üçün daxili döyüş başlığının işə salınması sistemi də nəzərdə tutulub.

Rabitə sistemi “Starlink” terminalından və ehtiyat rabitə kanalından ibarətdir.

Müşahidə imkanları 360 dərəcə əhatəyə malik gündüz və gecə kamerası, eləcə də irəli istiqamətlənmiş sabit kamera ilə təmin edilir. Korpus yüksək sıxlıqlı polietilendən hazırlanıb. Platformanın ümumi uzunluğu 7,949 metr, eni isə 2,545 metrdir.

Su xətti üzrə uzunluğu 6,9 metr olan platformanın boş vəziyyətdə çəkisi 1 971 kq, tam yüklü vəziyyətdə isə 4 000 kq təşkil edir. Enerji sistemi 120 saata qədər avtonom fəaliyyət imkanı verir. Yanacaq çəninin tutumu 1 700 litr benzindir.

Platforma iki ədəd “Suzuki” DF200 AP və ya “Suzuki” DF325 APX mühərriki ilə təchiz edilir. Onun hərəkət məsafəsi 600 dəniz mili təşkil edir. Maksimum sürəti 40 düyünə, iqtisadi sürəti isə 22 düyünə çatır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TRITON   Paris   İDP  


Bizi "telegram"da izləyin