Koşta: "Bu gün Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayıb"

2026/04/1776697484.jpg
Oxunub: 165     22:21     15 İyun 2026    
Bu gün Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar rəsmən başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün biz onun daxil olması ilə bağlı danışıqlara başlayaraq Ukraynanın Aİ tərkibindəki gələcəyinə doğru tarixi bir addım atırıq.

Bu (Rusiya-Ukrayna - red.) müharibəyə son qoymağa kömək etmək, ədalətli və davamlı sülhə nail olmaq üçün G7-nin ("Böyük yeddilik") vahid və qətiyyətli mövqeyi zəruridir", - paylaşımda bildirilir.

Qeyd edək ki, Fransanın Evian şəhərində G7 sammiti keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koşta    


Bizi "telegram"da izləyin