Litvada gələcək koalisiyada nazir postlarının bölüşdürülməsi ilə bağlı razılıq əldə olunub

2026/06/1781538993.jpg
Oxunub: 190     19:55     15 İyun 2026    
Litvada yeni hakim koalisiyanı formalaşdıran üç parlament partiyası nazir portfellərinin bölüşdürülməsi ilə bağlı razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən siyasi qüvvələrin liderləri məsləhətləşmələrdən sonra məlumat veriblər.

Bununla belə, gələcək nazirlərin adları hələ açıqlanmayıb. Siyasətçilər bildiriblər ki, yekun namizədlər ölkə prezidenti ilə razılaşdırılmalıdır və buna qədər adların ictimaiyyətə açıqlanması tezdir.

Litvada 14 nazirlik fəaliyyət göstərir və onların bölüşdürülməsi artıq koalisiya tərəfdaşları arasında razılaşdırılıb.

Yeni hökumətin formalaşdırılması Sosial Demokrat Partiyasının “Nemun üzərində şəfəq” partiyası ilə əməkdaşlığı dayandırmaq qərarından sonra aktuallaşıb. Bu qərar parlament çoxluğunun yenidən formalaşdırılmasına və hakimiyyətdə yeni qüvvələr nisbəti ilə bağlı danışıqların başlanmasına səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Nazir  


Bizi "telegram"da izləyin