İsrail Qəzza zolağında HƏMAS-ın iki komandirinin məhv edildiyini açıqlayıb

2026/01/1768411945.jpg
Oxunub: 255     22:29     15 İyun 2026    
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirilən zərbələr nəticəsində HƏMAS hərəkatının iki komandirinin məhv edildiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail hərbi dairələri məlumat yayıb.

Məlumata görə, söhbət Qəzzanın mərkəzi hissəsində öldürülən Saleh Ramazan Məhəmməd Xəlifədən və anklavın şimalında məhv edilən Məhəmməd Musa Diab əl-Biladan gedir.

SAXAL rəsmiləri bildiriblər ki, əməliyyat zamanı mülki əhali arasında mümkün itkiləri minimuma endirmək məqsədilə yüksək dəqiqlikli sursatlardan və hava müşahidə vasitələrindən istifadə olunub.

Daha əvvəl Qəzza şəhərinin şimal hissəsində pilotsuz uçuş aparatı zərbəsi nəticəsində iki nəfərin öldüyü, onlardan birinin uşaq olduğu barədə məlumat yayılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   HƏMAS  


Bizi "telegram"da izləyin