Ermənistanda ağır döyülən 24 yaşlı hərbçi hər iki gözünün görmə qabiliyyətini itirib

2026/06/1781544091.jpg
Oxunub: 189     21:20     15 İyun 2026    
İlin əvvəlində Nubaraşen qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığında ağır şəkildə döyülən 24 yaşlı müqaviləli erməni hərbi qulluqçu Avetik M. uzun müddət reanimasiya şöbəsində müalicə aldıqdan sonra xəstəxanadan buraxılaraq evə köçürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, ağır döyülmə nəticəsində 24 yaşlı erməni hərbçi hər iki gözünün görmə qabiliyyətini itirib və Ermənistan Müdafiə Nazirliyi onu hərbi xidmətdən tərxis edib.

Qeyd edək ki, hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi hər hansı şərh verməmiş, insidentin hərbi hissənin ərazisində baş vermədiyini bildirmişdi.

Ermənistan İstintaq Komitəsi qeyd edib ki, fakt üzrə bir nəfər həbs olunub.

Məlumata görə, cinayət işi üzrə istintaq zamanı iki nəfərə qarşı ictimai cinayət təqibi başlanıb. Onlardan biri Ermənistan Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi, digəri isə 322-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunur. Şübhəlilərdən biri barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri, digəri barəsində isə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə 2026-cı il fevralın 5-i saat 20:30 radələrində Nubaraşendə yerləşən hərbi hissənin yaxınlığında baş verib. Həmin vaxt 24 yaşlı müqaviləli hərbi qulluqçu Avetik M. ağır şəkildə döyülmüşdü.

Faktla bağlı hərbi polis tərəfindən materiallar toplanaraq Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin Qarnizon İstintaq Şöbəsinə göndərilmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Döyülmə  


Bizi "telegram"da izləyin