Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb.
Mərkəzin məlumatına görə, hadisə Ədən şəhərindən təxminən 11 dəniz mili cənub-şərq istiqamətində baş verib. Dörd silahlı şəxsin olduğu kiçik mühərrikli qayıq tankerə yaxınlaşdıqdan sonra gəmi istiqamətində atəş açılıb.
Hadisə nəticəsində xəsarət alanlar və ya dəyən ziyan barədə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır. Bölgədə üzən gəmilərə maksimum ehtiyatlı olmaları tövsiyə edilib.
UKMTO daha əvvəl də Yəmənin cənub sahilləri yaxınlığında oxşar hadisə barədə məlumat vermişdi. Həmin insident zamanı naməlum şəxslər konteyner gəmisinin göyərtəsinə çıxmağa cəhd göstəriblər.
Sevinc Əliyeva
Ordu.az