Fransada “Eurosatory” sərgisində bəzi İsrail şirkətlərinin stendləri bağlanıb

2026/06/1781537480.jpg
Oxunub: 198     19:25     15 İyun 2026    
Fransada keçirilən beynəlxalq müdafiə sərgisi “Eurosatory”də bəzi İsrail şirkətlərinə məxsus stendlər ziyarətçilər üçün bağlanıb.

Ordu.az xəbər verir ki, Parisin Villepinte qəsəbəsində başlayan sərgi iyunun 19-dək davam edəcək.

Bu il sərgidə İsrail istehsalı olan hücum təyinatlı silahların nümayişi qadağan edilib. Bununla yanaşı, bəzi İsrail şirkətlərinin stendləri də ziyarətçilərin girişinə bağlanıb.

Həmin stendlərin ətrafının parça ilə örtülmüş lövhələrlə əhatələndiyi müşahidə olunub. İsrailin Qəzzaya qarşı əməliyyatları səbəbindən son illərdə İsrail şirkətlərinin “Eurosatory” sərgisində iştirakına etirazlar səslənirdi.

Bu il sərgi Fələstin tərəfdarlarının etiraz aksiyası ilə başlayıb. Fransa hökuməti daha əvvəl İsrail istehsalı olan hücum silahlarının sərgidə nümayişini qadağan etmişdi.

Fransanın xarici işlər naziri Jan-Noel Barro iyunun 2-də “France 2” telekanalına açıqlamasında bildirib ki, sərgi təşkilatçılarına yalnız müdafiə təyinatlı məhsulların nümayiş etdirilə biləcəyi barədə məlumat verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Eurosatory   İsrail  


Bizi "telegram"da izləyin