Putin və Tramp arasında telefon danışığı olub

2026/06/1780467162.jpg
Oxunub: 272     20:22     14 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu 80 illik yubileyi münasibətilə təbrik edib.

Ordu.az-ın Kremlin Mətbuat xidmətinə istinadən məlumatına görə, Amerika lideri təbriklərə görə təşəkkür edib və qeyd edib ki, Rusiya Prezidenti həmin gün onunla əlaqə saxlayan ilk xarici lider olub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışığın dostcasına və səmimi keçdiyini, təxminən bir saat davam etdiyini bildirib.

"Xronometraj üzrə daha dəqiq desək, düz 55 dəqiqə olub", - o, aydınlıq gətirib.

Y.Uşakov əlavə edib ki, Tramp təbriklərdən təsirlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin