Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Rəsminin sözlərinə görə, razılaşma çərçivəsində ABŞ İran limanlarına tətbiq olunan blokadanı aradan qaldıracaq.
“Biz hesab edirik ki, razılaşma əldə olunub. Bu, əla və çox güclü razılaşmadır”, - deyə ABŞ rəsmisi telekanala müsahibəsində bildirib.
Administrasiya nümayəndəsinin sözlərinə görə, İran strateji su yolunu yenidən “heç bir rüsum tətbiq etmədən” açmalıdır. Bu tələb ABŞ-nin aylardır davam edən münaqişəni başa çatdırmaq məqsədilə aparılan danışıqlardakı əsas şərtlərindən biridir.
Rəsmi əlavə edib ki, boğazın açılması ilə eyni vaxtda ABŞ tərəfindən tətbiq olunan blokada da ləğv ediləcək.
Onun sözlərinə görə, növbəti mərhələ akvatoriyanın minalardan təmizlənməsi işlərinə həsr olunacaq.
Sevinc Əliyeva
Ordu.az