Orban Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

2026/02/1771005831.jpg
Oxunub: 213     12:55     14 İyun 2026    
Macarıstanın keçmiş Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Ordu.az xəbər verir ki, Orban təbrik mesajını sosial şəbəkədə yayımlayıb.

“Hörmətli Prezident, hörmətli Donald, 80 illik yubileyiniz münasibətilə sizə ən səmimi arzularımı çatdırmaq istəyirəm.

Prezidentlik müddətləri gəlib keçir, lakin ABŞ tarixində sizin qədər dərin iz qoymuş prezidentlərin sayı çox azdır.

Qoy nailiyyətlərinizin siyahısı daha da artsın və sizə şübhə ilə yanaşanlar yenidən yanıldıqlarını görsünlər. Ən xoş arzularla, Viktor”, - deyə Orban yazıb.

Xatırladaq ki, bu gün ABŞ Prezidentinin 80 illik yubileyi münasibətilə Ağ Evin Cənub çəmənliyində qarışıq döyüş növləri üzrə genişmiqyaslı tədbirlər keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Tramp  


Bizi "telegram"da izləyin