Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Ötən sutka ərzində Sumı vilayətinin 17 icmasına edilən düşmən hücumları nəticəsində iki nəfər ölüb, daha dörd nəfər isə yaralanıb. Düşmən idarəolunan aviabombalar, dronlar, artilleriya və minaatanlardan istifadə edib", –Ukrayna Milli Polisinin mətbuat xidməti bildirir.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, Rusiyanın Zaporojye vilayətinə hücumları nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb.
"Rusiya Silahlı Qüvvələri artilleriya və pilotsuz uçuş aparatlarından istifadə edərək regionun 41 yaşayış məntəqəsinə 830 zərbə endirib. İnfrastruktur obyektlərinin, mənzillərin və avtomobillərin zədələnməsi ilə bağlı 136 məlumat daxil olub. Rusiya qoşunları həmçinin Orexov, Jeleznodorojnoye, Novodanilovka, Malaya Tokmaçka və Volşebnoyeyə yaylım atəşli reaktiv sistemlərindən doqquz zərbə endirib", – o dəqiqləşdirib.
Ordu.az