“Güclü Ermənistan” blokunun üzvləri də Ermənistan MSK-nin qarşısında olacaqlar

2026/06/1780982125.jpg
Oxunub: 206     13:01     14 İyun 2026    
Ermənistanda “Güclü Ermənistan” bloku bu gün saat 18:00-da Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçirəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, həmin vaxt Ermənistan Mərkəzi Seçki Komissiyası blokun iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin etibarsız sayılması ilə bağlı müraciətinə baxacaq.

Blokun yaydığı bəyanatda bildirilir ki, müraciət seçkilərin təyin edildiyi gündən səsvermənin başa çatmasına qədər, həmçinin səslərin hesablanması və yenidən hesablanması mərhələlərində qeydə alınmış genişmiqyaslı və sistemli pozuntular əsasında təqdim olunub.

Açıqlamada qeyd edilir ki, Mərkəzi Seçki Komissiyasının tətbiq etdiyi açıq şəkildə qanunsuz mexanizmlər siyasi qüvvələrin topladığı səslərin nisbətinə birbaşa təsir göstərib.

Bəyanatda xüsusilə “Çiçəklənən Ermənistan” Partiyasının vəziyyətinə diqqət çəkilərək bunun ümumi seçki nəticələrinə əhəmiyyətli təsir etdiyi vurğulanıb.

“Bu gün saat 18:00-da biz Mərkəzi Seçki Komissiyasının binası qarşısında olacağıq. Məqsədimiz qeydə alınmış qanun pozuntularına etiraz etmək və iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv olunmasını tələb etməkdir”, - deyə bəyanatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Seçki  


Bizi "telegram"da izləyin