“Hizbullah” ilk dəfə olaraq İsrailə məxsus “Heron 1” tipli PUA-nı vurduğunu açıqlayıb

2026/06/1781419048.jpg
Oxunub: 215     10:34     14 İyun 2026    
Livanın “Hizbullah” hərəkatı iki gün əvvəl döyüşçülərinin ölkənin şərqində yerləşən Bəqaa vadisində İsrailə məxsus hərbi Pilotsuz Uçuş Aparatını (PUA) vurduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Hərəkatın sosial şəbəkələrdə yaydığı açıqlamada bildirilib ki, ilk dəfə olaraq İsrail ordusuna məxsus “Heron 1” tipli PUA məhv edilib.

Məlumata görə, hava hədəfi Nahlə bölgəsi üzərində uçuş həyata keçirərkən raket zərbəsi ilə vurulub.

“Hizbullah”ın açıqlamasında qeyd olunub ki, sözügedən PUA İsrail Silahlı Qüvvələrinə məxsus olub və əməliyyat zamanı uğurla zərərsizləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   PUA  


Bizi "telegram"da izləyin