Ordu.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi “The Guardian” nəşrinə məlumat verib.
G7 sammiti 2026-cı il iyunun 15-dən 17-dək Fransanın Overn-Rona-Alp regionunda yerləşən Evian şəhərində keçiriləcək.
ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, Tramp sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Bu görüşlər arasında Fransa Prezidenti Emmanuel Makron, Qətər, BƏƏ, Misir və Hindistan liderləri ilə danışıqlar da yer alır.
ABŞ-nin yüksəkvəzifəli rəsmilərindən biri Ukraynadakı vəziyyəti şərh edərkən bildirib ki, Rusiya qoşunlarının irəliləyişi “əsasən dayanıb”.
O həmçinin vurğulayıb ki, Vaşinqton müharibənin mümkün qədər tez başa çatmasında maraqlıdır.
“Biz istəyirik ki, müharibə mümkün qədər tez başa çatsın”, - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.
Sevinc Əliyeva
Ordu.az