Almaniyanın daxili işlər naziri Bundestaqın PUA-lardan müdafiəsi üçün sistem yaradılmasına çağırıb

2026/06/1781414272.jpg
Oxunub: 213     09:11     14 İyun 2026    
Almaniyada dövlət qurumlarına qarşı Pilotsuz Uçuş Aparatı (PUA) hücumları ilə bağlı narahatlıq artır. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Bundestaqın və digər konstitusiya qurumlarının PUA-lardan müdafiəsi üçün daimi fəaliyyət göstərəcək sistem yaradılmasını təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bundestaqın sədri Yuliya Klöknerə ünvanladığı məktubda nazir bildirib ki, “konstitusiya qurumlarının qorunması abstrakt olsa da, real təhlükə fonunda xüsusi əhəmiyyət kəsb edir”. Onun sözlərinə görə, son aylarda PUA-ların aşkarlanması hallarının artması xüsusi xidmət orqanlarının diqqətini daha da artırıb.

Dobrindt vurğulayıb ki, PUA-larla mübarizə üzrə federal polisin yeni bölməsi yalnız müvəqqəti dəstək göstərə bilər. Berlində əsas məsuliyyət isə federal torpağın polis orqanlarının üzərinə düşür.

Nazir qeyd edib ki, Avropada, o cümlədən NATO ölkələrinin hava məkanının pozulması ilə bağlı insidentlərin artması fonunda təhlükəsizlik xidmətləri bəzi halları mümkün kəşfiyyat fəaliyyəti və PUA-ları marşrutdan yayındıra bilən GPS nasazlıqları ilə əlaqələndirirlər.

Buna cavab olaraq Almaniya əks-tədbir imkanlarını genişləndirir. Qanunvericilik dəyişiklikləri federal polis və Bundesverin səlahiyyətlərini artırıb, o cümlədən təhlükə yarandıqda PUA-ların zərərsizləşdirilməsində iştirak imkanlarını genişləndirib.

Bundan başqa, PUA-ların erkən aşkarlanması üçün onlarla radiolokasiya və sensor sistemindən ibarət şəbəkənin yaradılması da müzakirə olunur.

PUA-ların tutulması üsulları ilə bağlı məsələ isə açıq qalır. Silahlı məhvetmə vasitələri ilə yanaşı, torlardan istifadə edən tutucu PUA-lar kimi daha az riskli variantlar da nəzərdən keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Bundestaq   PUA  


Bizi "telegram"da izləyin