Mirzoyan Lüksemburqda Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçiriləcək müzakirələrdə iştirak edəcək

2026/05/1779813028.jpg
Oxunub: 167     16:27     14 İyun 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 14-15-də işgüzar səfərlə Lüksemburqda olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 15-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın dəvəti ilə Mirzoyan Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçiriləcək müzakirələrdə iştirak edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Lüksemburq    


Bizi "telegram"da izləyin