Hindistan gəmisi Oman sahillərində batıb, 14 nəfər xilas edilib

2026/03/1773466996.jpg
Oxunub: 242     19:50     14 İyun 2026    
Hindistan bayrağı altında üzən "Virat 1" (MSV) yelkənli gəmisi Oman sahillərində, Ras əl-Haddan 80 dəniz mili şərqdə batıb.

Ordu.az Hindistan mediasına istinadən xəbər verir ki, gəminin göyərtəsində 14 Hindistan vətəndaşı olub.

Məlumata görə, operativ xilasetmə əməliyyatı zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8" patrul təyyarəsi gəminin yaxınlığına xilasedici sal atıb və göyərtədəkiləri təxliyə edib.

ABŞ Hərbi Dəniz Qüvvələri, həmçinin yaxınlıqdakı Sent-Kits və Nevis bayraqlı "MV Jabal Ali 9" ticarət gəmisinin heyəti ilə yardım fəaliyyətlərini əlaqələndirərək göyərtədə olanların hamısı xilas edilib.

Gəminin texniki nasazlıq səbəbindən batdığı ehtimal olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Oman  


Bizi "telegram"da izləyin