Ordu.az-ın "KCNA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik vurğulayıb ki, ABŞ və müttəfiqlərinin ittihamları Şimali Koreyanın nüvə dövləti statusuna təsir göstərə bilməz.
Həmçinin qeyd olunub ki, Pxenyan ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə hərbi əməkdaşlığı fonunda təhlükəsizliyini gücləndirmək üçün tədbirləri, o cümlədən nüvə silahlarının istifadəsini simulyasiya edən təlimlərini artıracaq.
Daha əvvəl KXDR Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon ölkənin nüvə silahsızlaşdırılması məsələsində güzəştə getməyəcəyini və güc balansının pozulmasına yol verməyəcəyini bildirib.
Ordu.az