İsrail mediası ABŞ ilə mümkün razılaşmadan sonra İranın mövqelərinin güclənəcəyindən narahatdır

2026/06/1781421948.jpg
Oxunub: 196     11:23     14 İyun 2026    
ABŞ ilə İran arasında hazırlanmaqda olan mümkün razılaşma barədə məlumatlar İsrail mediasında mənfi reaksiyalara səbəb olub. Bir sıra jurnalist və analitiklər hesab edirlər ki, belə bir saziş Tehranın regiondakı mövqelərini daha da gücləndirə bilər.

Ordu.az xəbər verir ki, bu barədə İsrail KİV-lərində dərc olunan məqalələrdə bildirilib.

“Maariv” qəzetinin köşə yazarı Ben Kaspit yazıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu onun fikrincə, HƏMAS, “Hizbullah” və İranla qarşıdurmalarda taktiki uğurlar əldə etsə də, daha geniş siyasi mübarizədə məğlub olub.

“Son illərdə HƏMAS, “Hizbullah” və İran üzərində əldə etdiyimiz hərbi qələbələrdən daha güclü olan yeganə hadisə, onların ardınca üzləşdiyimiz siyasi məğlubiyyətdir”, - deyə o qeyd edib.

“Maariv”in digər analitiki Avi Aşkenazi isə İsrailin ehtimal olunan razılaşmanın formalaşmasına təsir göstərə bilmədiyini bildirib. Onun fikrincə, bu vəziyyət ölkənin siyasi rəhbərliyinin kifayət qədər effektiv olmaması ilə bağlıdır.

“Ynet” nəşri də İsrail rəsmiləri arasında danışıqların gedişinə təsir imkanlarının olmaması ilə bağlı narahatlığın artdığını yazıb. Yüksəkvəzifəli rəsmilərdən biri mümkün sazişi “pis razılaşma” adlandırıb.

“Haaretz” qəzetində dərc olunan məqalədə analitik Tsvi Barel qeyd edib ki, İran danışıqlara güclü mövqedən yanaşıb və regional, eləcə də qlobal proseslərə təsir göstərən iqtisadi və strateji təzyiq alətlərindən istifadə edib.

Onun qiymətləndirməsinə görə, Tehran artıq yalnız sağ qalmaq məntiqi ilə deyil, həm də təsir imkanlarını artıran regional güc kimi fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   İran  


Bizi "telegram"da izləyin