Tramp ABŞ-İran memorandumunun imzalanmasının təxirə salındığını açıqlayıb

2026/05/1778436283.jpg
Oxunub: 228     22:27     14 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İsrailin Beyrutda "Hizbullah"ın obyektlərinə endirdiyi zərbələr səbəbindən ABŞ-İran memorandumunun imzalanmasının bir neçə saat gecikdiyini bildirib.

Ordu.az-ın məlumatına görə, Amerika liderinin sözlərini "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsindəki hesabında sitat gətirib.

Onun sözlərinə görə, mərasim planlaşdırıldığı kimi baş tutmalı idi, lakin Yaxın Şərqdəki hadisələr təxirə salınmaya səbəb olub.

Tramp həmçinin hadisənin gözlənilən razılaşmadan bir az əvvəl baş verdiyini və prosesdə ciddi fəsadlara səbəb olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   ABŞ  


Bizi "telegram"da izləyin