Ordu.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"İsrailin şəhərətrafı əraziyə hücumu bir daha göstərdi ki, Amerikanın öz öhdəliklərini yerinə yetirmək üçün ya iradəsi, ya da belə bir bacarığı yoxdur", - Qalibaf vurğulayıb.
Onun fikrincə, İsrail Yaxın Şərqdəki son hərbi fəallıqlarının arxasında Ağ Ev dayanıb: "İsrailə yaşıl işıq yandıraraq xal qazana bilməyəcəksiniz. Pis və yaxşı polis oyunu köhnəlib.
Əgər sizin öz öhdəliklərinizi yerinə yetirmək üçün nə iradəniz, nə də bacarığınız yoxdursa, yola davam etmək barədə danışmaq qeyri-mümkündür".
Qeyd edək ki, İsrail Müdafiə Ordusu "Hizbullah"ın hücumuna cavab olaraq Livanın paytaxtı Beyrutun Dahiya rayonunda qruplaşmanın obyektlərinə zərbələr endirib. İran tərəfinin isə ABŞ ilə bu gün imzalanması gözlənilən morandumda əsas şərtlərindən biri İsrailin Livana hücumları dayandırması ilə bağlıdır.
Ordu.az