Ermənistanda “Hayastan” blokunun üzvləri MSK-nin aksiya keçirəcək

2026/06/1780392591.jpg
Oxunub: 199     12:58     14 İyun 2026    
Ermənistanda “Hayastan” blokunun üzvləri bu gün saat 18:00-da Mərkəzi Seçki Komissiyasının qarşısında keçiriləcək etiraz aksiyasında iştirak edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə blokun üzvü İşxan Sağatelyan açıqlama verib.

Onun sözlərinə görə, onlar Mərkəzi Seçki Komissiyasının qarşısında toplaşaraq etirazlarını bildirəcək və qurumdan qanunlara və konstitusiyaya uyğun davranmağı tələb edəcəklər.

Sağatelyan bəyan edib ki, komissiyanın qarşısında iki seçim var: ya hakimiyyətin sifarişlərini yerinə yetirərək seçki nəticələrinin saxtalaşdırılmasını davam etdirmək, ya da qanunlara uyğun hərəkət edib müxalif qüvvələrin təqdim etdiyi şikayətlərə obyektiv qiymət vermək.

“Mərkəzi Seçki Komissiyasının əsas vəzifəsi xalqın iradəsini qorumaqdır. Komissiya məhz bu seçim qarşısındadır və burada hər birimizin səsi böyük əhəmiyyət daşıyır. Biz də buna görə orada olacağıq”, - deyə Sağatelyan qeyd edib.

O əlavə edib ki, son günlər seçkilərdə iştirak etmiş bir sıra müxalif qüvvələr arasında fəal və kifayət qədər konstruktiv müzakirələr aparılıb.

Sağatelyanın sözlərinə görə, müxalifət seçkilərlə bağlı ümumi qiymətləndirmə ilə yaxın vaxtlarda çıxış edəcək.

“Bir çox ümumi yanaşmalar üzrə razılıq əldə olunub və yaxın günlərdə bu barədə yeni məlumatlar olacaq. Müzakirələr hələ də davam edir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin