“İranın zənginləşdirilmiş uranı “uyğun vaxtda” məhv ediləcək” - Tramp

2026/01/1769008045.jpg
Oxunub: 165     23:14     13 İyun 2026    
ABŞ zənginləşdirilmiş İran uranın çıxarılması və utilizasiyası məsələsini "uyğun vaxtda" həll edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

O, bunun müqavilənin bağlanmasından nə qədər sonra baş verəcəyini açıqlamayıb.

"Uyğun vaxtda, hər şey sakitləşəndə, biz ora gedib möhtəşəm "B-2" bombardmançı təyyarələrimiz və onların parlaq pilotları sayəsində qüdrətli qranit dağlarının altında basdırılmış nüvə tozunu əldə edəcəyik və istər İranda, istərsə də ABŞ-da olsun, onu məhv edəcəyik", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin