Ordu.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, qeyd olunan ərazilərdə əlavə patrullar və mobil bölmələr yerləşdirilib.
Bildirilib ki, cümə günü səhər saatlarında Daşt-e-Barçidə əsas küçələr boyunca, o cümlədən Şəhid Məzari prospektində silahlı qüvvələr yerləşdirilib. Şahidlər patrul sayının, eləcə də motosikletlərlə hərəkət edən mobil qrupların sayının artdığını bildiriblər.
Mənbələrin sözlərinə görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sakinlərin mümkün etiraz aksiyaları keçirə biləcəyi ilə bağlı narahatlıqlardan qaynaqlana bilər. Lakin bu ehtimallar rəsmi şəkildə təsdiqlənməyib.
Məlumata əsasən, günün birinci yarısında rayonun mərkəzi hissəsində yerləşən bir sıra bazarlarda aktivliyin azalması müşahidə olunub. Bəzi ticarət obyektləri adi vaxtlarla müqayisədə daha uzun müddət bağlı qalıb.
Yerli mənbələr həmçinin Herat şəhərində də təhlükəsizlik qurumlarının mövcudluğunun oxşar şəkildə gücləndirildiyini bildiriblər.
Sevinc Əliyeva
Ordu.az