İordaniyada texniki nasazlıq səbəbindən həyəcan siqnalları işə düşüb

2026/06/1781432935.jpg
Oxunub: 217     14:27     14 İyun 2026    
İordaniyada bazar günü gecə saatlarında həyəcan siqnalları səslənib, lakin sonradan hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Həyəcan siqnalı sisteminin işə düşməsi ilə bağlı xəbərlərdən sonra İordaniyanın İctimai Təhlükəsizlik Baş İdarəsi açıqlama yayaraq təhlükəsizlik təhdidinin olmadığını bildirib.

Qurumun məlumatına görə, hadisəyə siqnalizasiya avadanlıqlarından birində yaranmış nasazlıq səbəb olub.

İdarə qeyd edib ki, texniki xidmət əməkdaşları problemi operativ şəkildə aradan qaldırıblar.

“Həyəcan siqnalları texniki nasazlıq səbəbindən işə düşüb və nasaz element dərhal təmir olunub”, - deyə açıqlamada bildirilib.

Ölkə rəsmilərinin sözlərinə görə, xəbərdarlıq sistemi qısa müddət ərzində tam bərpa olunub və normal fəaliyyətini davam etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İordaniya   Həyəcan-siqnalı  


Bizi "telegram"da izləyin