İsrail ordusu son bir həftədə “Hizbullah”ın yeddi üzvünün məhv edildiyini açıqlayıb

2026/03/1774694412.jpg
Oxunub: 218     22:19     13 İyun 2026    
İsrail ordusu son bir həftə ərzində Livanın cənubunda keçirilən əməliyyatlar zamanı “Hizbullah” hərəkatının yeddi üzvünün məhv edildiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, əməliyyatın hədəfi hərəkət etmək üçün yeraltı marşrutdan istifadə edən silahlı qrup olub. Zərbələrin endirilməsi üçün Hərbi Hava Qüvvələri, artilleriya bölmələri və pilotsuz uçuş aparatları cəlb edilib.

İsrail ordusunda həmçinin qeyd olunub ki, əməliyyat zamanı tüfənglər və digər hərbi avadanlıqlar aşkar edilib.

Məlumatda vurğulanıb ki, İsrail ordusu Livanın cənubunda yerləşən “Hizbullah”a məxsus obyektlərə və infrastruktur elementlərinə qarşı zərbələri davam etdirir.

Bundan əvvəl hərbçilər qruplaşmanın mövqelərinə yüzlərlə hücum həyata keçirildiyini və davam edən əməliyyatlar zamanı onlarla üzvünün məhv edildiyini açıqlamışdılar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah   Livan  


Bizi "telegram"da izləyin